...

Azərbaycan Tatarıstanı Bakı gənclər sammitində iştirak etməyə dəvət edib

Siyasət Materials 31 Oktyabr 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Tatarıstanın gənclər və idman naziri Marat Boriyevlə görüş zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, biz yeni gənclər təşkilatlarının yaradılmasına yardım etməyə hazırıq.

"Azərbaycanda 170 gənclər təşkilatı fəaliyyət göstərir, lakin biz yeni təşkilatların yaradılmasına yardım etməyə hazırıq" - deyə Rəhimov bildirib.

Nazir öz həmkarına Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma tarixi barədə məlumat verib.

Rəhimov qeyd edib ki, ayın sonuna qədər Azərbaycan tələbələrinin birinci Forumunun keçirilməsi planlaşdırılıb. Nazir Tatarıstanı dekabr ayında Bakıda keçirilməsi planlaşdırılan gənclər sammitində iştirak etməyə dəvət edib.

Tatarıstan naziri öz növbəsində qeyd edib ki, bu onun Bakıya ikinci səfəridir və sabahkı İKT formu bütün ölkələrin gənclər təşkilatlarının ümumi maraq tapmasına və əməkdaşlığın genişləndirləməsinə kömək edəcək. Nazirliklər arasında əlaqələrin inkişafı üçün Boriyev azərbaycanlı həmkarını Kazana dəvət edib.

Xəbər lenti

Xəbər lenti