...

Rektor: "Azərbaycan Diplomatiya Akademiyasının magistr proqramı 2009-cu ilin sentyabrından fəaliyyət göstərəcək"(video)

Siyasət Materials 31 Oktyabr 2007 17:21 (UTC +04:00)
Rektor: "Azərbaycan Diplomatiya Akademiyasının magistr proqramı 2009-cu ilin sentyabrından fəaliyyət  göstərəcək"(video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Diplomatiya Akademiyasının magistr proqramı 2009-cu ilin sentyabrından fəaliyyət göstərəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məlumat verib.

Proqram biznes, ekologiya, diplomatiya, beynəlxalq jurnalistika, energetika və təhlükəsizlik və s. sahələri əhatə edəcək. Rektorun sözlərinə görə, təhsil prosesinə yerli mütəxəssislərlə yanaşı, dünya miqyasında məşhur olan alim və mütəxəssislər də cəlb olunacaqlar. Proqramın dinləyiciləri isə, həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər ola bilərlər.Akademiyada təhsil pullu olacaq. Dövlət qurumları əməkdaşlarına keçiləcək kursların oulunu ödəyəcəklər.

Rektor bildirib ki, Akademiya şəhərciyinin yaradılması planlaşdırılır ki, onun da yaxınlığında elmi mərkəz yerləşəcək. Akademiya şəhərciyinin tikilməsi üçün ərazinin şəhər kənarında ayrılması planlaşdırlır. Paşayevin sözlərinə görə, Akademiya şəhərciyi politoloq, jurnalist, müxtəlif sahələrdəki mütəxəssisləri müxtəlif müzakirələrin aparılması və mühazirəllərin dinlənməsi üçün bir yerə toplayacaq "beyin mərkəzi" olmalıdır.

Akademiyanın təhsil proqramında mühüm istiqamətlərdən biri regionşünaslıq kursunun keçilməsi olacaq.

Diplomatiya Akademiyası XİN və beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən dövlət orqanlarını ixtisaslı kadrlarla təmin etmək məqsədilə, 2006-cı ilin əvvəlində imzalanmış fərman əsasında yaradılıb.

Elə həmin il Paşayev Azərbaycanın ABŞ və Meksikada fövqəladə və səlahiyyətli səfiri, həmçinin, Amerika Dövlətləri Təşşkilatında daimi müşahidəçi vəzifəsindən azad edilərək, Azərbaycan xarici işlər nazirinin müavini və Diplomatiya Akademiyasının rektoru vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti