...

İsveçrə parlamentinin Aşağı Palatasının spikeri Bakıya gəlir

Siyasət Materials 31 Oktyabr 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağayeva / İsveçrə parlamentinin Aşağı Palatasının spikeri Azərbaycana gəlir. Çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyovun verdiyi məlumata görə, səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutur. Səfirin verdiyi məlumata görə, Obrist regiona səfərini Azərbaycandan başlayacaq. Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə baş tutacaq səfər zamanı qarşılıqlı anlaşma, qarşılıqlı inamın təmin edilməsi, iki ölkə arasında çoxtərəfli əlaqələrin qurulması kimi məsələlərin müzakirə olunacağı planlaşdırlır.

Obristin parlamentdə və hökumətdə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti