Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Bazar günü gecə Bakının Qaradağ rayonu ərazisində 13 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Mersedes markalı sərnişin avtobusunun Kamaz markalı avtomobillə toqquşması nəticəsində mikroavtobusun sərnişinlərinin əksəriyyəti həlak olmuşdur. Hadisə zamanı daha beş nəfər isə ağır bədən xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Qaradağ rayon prokurorluğundan bildiriblər ki, faktla bağlı cinayət işi acılıb. Kamaz marklaı yük maşının sürücüsü hadisə yerindən qaçdığından onun axtarışı aparılır.