...

MSK sədri: "Seçki Məcəlləsinə dair təkliflər yaxın günlərdə ümumiləşdiriləcək" (Video)

Siyasət Materials 8 Noyabr 2007 18:59 (UTC +04:00)
MSK sədri: "Seçki Məcəlləsinə dair təkliflər yaxın günlərdə ümumiləşdiriləcək" (Video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsində şikayətlərə baxılması məsələsi ilə bağlı irəli sürülmüş təkliflər yaxın günlərdə ümumiləşdirləcək. Bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı açıqlama verib.

Avropa Şurasının Venesiya Komissiyası və İFES-in birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə, noyabrın 7-8-9-da Bakıda Seçki Məcəlləsinə dəyişikliklər edilməsi məqsədilə müzakirələr keçirilir.

Pənahov bildirib ki, müzakirələrdə Azərbaycanın siyasi partiyalarının, QHT-lərin, beynəlxalq qurumların nümayəndələri seçki bülletenlərinin qoyulduğu zərflərin ləğv olunması, seçici siyahılarına adları daxil edilməyən vətəndaşların şikayətlərinə baxılma mexanizminin dəyişdrilməsi təklifləri irəli sürüblər.

Pənahovun sözlərinə görə, AŞ Venesiya Komissiyasının təlimatlarında göstərilir ki, MSK-nın şikayətlərlə bağlı müvəqqəti qərar qəbul etmək imkanı var. Bunun əsasında MSK müvəqqəti qərarla şikayətlərin verilməsi müddətini uzada bilər.

Həmçinin, protoklları asanlaşdırmaq üçün zərflər götürülə bilər.

"Ümumi rəy bundan ibarət oldu ki, seçicilərlə və seçki komissiyası üzvləri ilə miaarifləndirmə işləri aparılmalıdır"-deyə MSK sədri bildirib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinin müzakirələri bu üçgünlük tədbirlə yekunlaşmayacaq, irəli sürülmüş təkliflərə yaxın günlərdə beynəlxalq qurumlarla birgə yenidən baxılacaq.

Xəbər lenti

Xəbər lenti