Azərbaycan, Bakı / Trend / Noyabrın 11-də axşam saatlarında Yasamal rayon məhkəməsində "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin işi ilə bağlı iclas keçirilib.
Tahir İsmayılovun sədrliyi ilə baş tutan iclasda Zahid barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Zahidə qarşı xuliqanlıq və insan sağlamlığına qəsdən xəsarət yetirmə maddələri ilə ittihamlar irəli sürülüb.