...

"Dalğa" Gənclər Hərəkatı Bakının təmizliyi uğrunda aksiyalar keçirəcək

Siyasət Materials 12 Noyabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Dalğa" Gənclər Hərəkatı noyabrın 12-dən 18-dək olan həftəni "Mənim Şəhərim" həftəsi elan edərək Bakının təmizliyini qorumaq məqsədilə həftə boyunca silsilə tədbirlər keçirəcək. Bu barədə bazar ertəsi Gənclər Hərəkatından məlumat verilib.

Kampaniya çərçivəsində "Dalğa" mətbuat və vətəndaşlarla sıx əməkdaşlıq edəcək, insanlar arasında kampaniya xarakterli 5000 ədəd vərəqə paylayacaq, həmçinin "Tramvaya abidə qoyaq", "İçəri Şəhər bizimdir!", "Hər kəsə bir ağac qoruyaq", "Təmiz şəhər", "Velosiped" və "Classic PARTY" adlı tədbirlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti