...

İran nüvə proqramını dayandırmasa, bu, müharibəyə gətirib çıxaracaq – amerikalı ekspert

Siyasət Materials 20 Noyabr 2007 15:37 (UTC +04:00)
İran nüvə proqramını dayandırmasa, bu, müharibəyə gətirib çıxaracaq – amerikalı ekspert

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova/ Livan əsilli amerikalı ekspert, Azad Livan naminə Amerika Komitəsinin rəhbəri Zaid Abdelnur hesab edir ki, İran nüvə proqramını dayandırmasa, təəssüf ki, vəziyyətdən yeganə çıxış yolu müharibə olacaq.

İran prezidenti Mahmud Əhmədinejad Qərb ölkələri ilə danışıqlarda güzəştə getməkdən imtina edir və bəyan edir ki, onun ölkə fərdi nüvə proqramının inkişafını davam etdirəcək. BMT Təhlükəsizlik Şurası 2006-cı il dekabrın 23-də İrana iqtisadi sanksiya tətbiq edən, o cümlədən, ölkənin nüvə və ballistik Proqramının inkişafına yardım edə biləcək məhsul və texnologiyaların tədarükünü qadağan edən Qətnamə qəbul edib. Avropa İttifaqı 2007-ci il fevralın 12-də BMT-nin İranla bağlı tətbiq etdiyi sanksiyanı təqdir edib və onların icrası ilə bağlı mühüm tədbirlər qəbul etməyi öz üzərinə götürüb. Bu arada ABŞ və İsrail "İranın nüvə təhlükəsi"ni hərbi əməliyyat yolu ilə aradan qaldırılmağın mümkünlüyünü, hələ ki, qeyri- rəsmi olaraq nəzərdən keçirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) fevralın 22-də uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına dair BMT Təhlükəsizlik Şurasının Qətnaməsinə İranın əməl etməməsi barədə məlumat yayıb. Martın sonunda BMT Təhlükəsizlik Şurası İrana qarşı əlavə sanksiyalar təbiq edib. Bunun ardınca, Tehran uranın sənaye üsulu ilə zənginləşdirilməsinin başlanmasına dair bəyanat verib.

Abdelnurun sözlərinə görə, İran güzəştə getməlidir, vəziyyəti yenidən gərginləşdirməməlidir. "Nüvə proqramı ətrafında vəziyyəti dərinləşdirən bəyanatlarla çıxış etməkdənsə, İran təhlükəsizliyi barədə düşünməlidir" - deyə Abdelnur bildirib.

MAQATE-nin sonuncu məruzəsi ilə əlaqədar, ekspert qeyd edib ki, Agentliyin Baş direktoru Məhəmməd əl-Baradeyiyə ABŞ və yüksək rəsmi vəzifələri tutan insanlar dəstək göstərmirlər. "İranın nüvə proqramı üzrə MAQATE-nin məruzəsi ABŞ tərəfindən dəstəklənməyəcək" - deyə Abdelnur bildirib.

Agentliyin məruzəsində təsdiq olunur ki, İran nüvə sahəsində böyük şəffaflıq istiqaməti üzrə ciddi addımlar atıb və MAQATE ilə əməkdaşlıq edir. "İran ötən hazırlanmaya dair məlumatları təqdim edib, lakin uranın zənginləşdirilməsinin dayandırılmasına dair tələblərdən yayınmağı davam etdirir" - deyə sənəddə bildirilir.

Məruzəyə müvafiq olaraq, indi İran nüvənin znginləşdirilməsi üçün 3 min sentrifuqa malikdir. Ekspertlərin rəyinə görə, bu, nüvə yanacağının sənaye üsulu üzrə istehsalına başlamaq üçün kifyətlidir.

Vaşinqton İrana qarşı yeni sanksiyanın tətbiq edilməsini təkid edir. ABŞ-ın bu təşəbbüsünü Fransa və Almaniyada dəstəkləyirlər.

Xəbər lenti

Xəbər lenti