...

Müxalifət qurumları arasında saziş bağlanacaq

Siyasət Materials 29 Noyabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Hərəkatı gələn həftə bir neçə siyasi partiya ilə əməkdaşlığa dair ikitərəfli saziş imzalayacaq. Bu barədə Trend ə Hərəkatın sədri İlqar Qasımov məlumat verib.

"Bu, gələn il keçiriləcək prezident seçkisi ilə bağlı deyil. Saziş yalnız qarşılıqlı əməkdaşlığı, bir-birinə qarşı kampaniya aparılmamasını nəzərdə tutur" -deyə Qasımov bildirib.

Onun sözlərinə görə, saziş bağlayacaq tərəflər birgə tədbirlər keçirmək, mühüm məsələlərdə vahid mövqedə dayanmaq, bir-birilərinin əleyhinə çıxışlar etməmək barədə qarşılıqlı öhdəliklər götürəcəklər.

Qasımovun sözlərinə görə, saziş barədə müqavilədə gələn il keçiriləcək prezident seçkisi ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmur.

Qasımov saziş bağlayacaq partiyaların adlarını açıqlamayıb, yalnız onların 3-4 partiya olduğunu deyib.

"Azərbaycan yolu" Hərəkatı müxalifətdə təmsil olunan ictimai-siyasi qurumdur. Hərəkatın sədri İlqar Qasımov Rusiyanın ədliyyə generalıdır.

Xəbər lenti

Xəbər lenti