...

GUAM ölkələri "Dondurulmuş münaqişələr"in nizamlanması üzrə Bəyanat hazırlayırlar

Siyasət Materials 30 Noyabr 2007 16:36 (UTC +04:00)
GUAM ölkələri "Dondurulmuş münaqişələr"in nizamlanması üzrə Bəyanat hazırlayırlar

İspaniya, Madrid / Trend , müxbir A.Məhərrəmli / "Demoktariya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" "Dondurulmuş münaqişələr"in nizamlanması üzrə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin vahid mövqeyini ifadə edən Bəyanat hazırlayır. Bu barədə cümə günü Madriddə ATƏT-in xarici işlər nazirləri qarşısında çıxış edən Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov bəyan edib.

"Bəyanat beynəlxalq hüquq çərçivəsində, ölkələrin ərazi bütövlüyünə hörmət edlməsi və köçkünlərin geri qaytarılmasını nəzərdə tutur" - deyə Məmmədyarov bildirib.

Sovet İttifaqının dağılmasından sonra üç postsovet respublikasında - Azərbaycan, Moldova və Gürcüstanda - milli azlıqların öz müqəddəratlarını təyin etmək iddiaları ilə əlaqədar, münaqişələr yaranıb.

Məmmədyarov GUAM ölkələri ərazilərində terror ocaqlarının mövcud olması, narkotik maddələrin qanunsuz dövriyyəsi və qeyri-leqal iqtisadi münasibətlərlə bağlı narahatlığını ifadə edib. O bildirib ki, bu, münaqişələrin həll edilməməsi ilə əlaqədardır.

GUAM-ın formatı 1997-ci ildə postsovet ölkələri tərəfindən Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti