...

Azərbaycanın cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Siyasət Materials 3 Dekabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi Regional Şöbəsindən bazar ertəsi Trend ə bildiriblər ki, əməkdaşlarının Lənkəran rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1984-cü il təvəllüdlü Astara rayon sakinləri Mehdi Telman oğlu İmanov və 1981-ci il təvəllüdlü Taleh Atakişi oğlu Mirzəyevdən narkotik vasitə olan 2 kq-a yaxın həşişi Lənkəran şəhərində satarkən tutulublar. Faktla bağlı toplanmış materiallar DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilib.

Astara paytaxt Bakıdan 320 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti