...

MTN "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrupu zərərsizləşdirib

Siyasət Materials 4 Dekabr 2007 17:50 (UTC +04:00)
MTN "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli/ Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabr ayında "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb. MTN-nin ictimaiyyətlə əlaqə mərkəzindən çərşənbə axşamı Trend ə bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar nazirlikdə başlanılmış bir neçə cinayət işi üzrə barəsində axtarış elan olunan İran İslam Respublikasının vətəndaşları, 1966-cı il təvəllüdlü Lətif Mehriban, 1959-cu il təvəllüdlü Kərim Yari, Azərbaycanın Ağcabədi rayon sakini, 1963-cü il təvəllüdlü Rafiq Səfiyev, habelə Qazax rayon sakinləri- 1982-ci il təvəllüdlü Məhəmməd Çobanəliyev, 1983-cü il təvəllüdlü Paşa Əhmədov, 1981-ci il təvəllüdlü Etibar İsmayılov və 1982-ci il təvəllüdlü Səbuhi Rəhimov tutulublar. Transmilli mütəşəkkil dəstənin üzvlərindən bir ədəd "AKM" tipli avtomat silah, 22 ədəd 7,62 çaplı güllə, bir ədəd daraq və 5 kiloqramdan artıq heroin aşkarlanıb.

İlkin araşdırmalar zamanı bəlli olub ki, 2004-2007-ci illərdə Lətif Mehriban tərəfindən yaradılan mütəşəkkil dəstə vasitəsilə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 25 kq heroin və 77 kq digər ağır tərkibli narkotik vasitələr keçirilib. MTN tərəfindən görülən tədbirlər nəticəsində, həmin narkotiklər müsadirə edilib və dəstənin 37 üzvü, o cümlədən Azərbaycanın 30, İranın 6, Gürcüstanın 1 vətəndaşı həbs edilib.

MTN tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin daşınması ilə məşğul olan Cəlilabad rayon sakinləri-1978-ci il təvəllüdlü Səməd Məmmədov və 1981-ci il təvəllüdlü Rövşən Qarayev yaxalanıblar. Onlardan 19 kq-dan artıq. narkotik vasitə olan həşiş götürülüb.

Hər iki faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti