...

"Heydər Əliyev: şəxsiyyət və əsr" adlı yeni sənədli əsərdə böyük tarixi məlumatlar toplanıb"-müəllif

Siyasət Materials 6 Dekabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ "Heydər Əliyev: şəxsiyyət və əsr" adlı yeni sənədli əsərdə böyük faktoloji, siyasi və tarixi məlumatlar toplanıb. Bu barədə kitabın müəllifi yazıçısı-publisist, millət vəkili Elmira Axundova cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Axundova qeyd edib ki, bu kimi materialların toplandığı kitablar altı ciliddən ibarətdir və ilk cilid həm Azərbaycan, həm də rus dilində çap olunub.

Axundova kitabda Sovet İttifaqının rəhbərlərindən biri və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin həyatından çoxlarına məlum olmayan faktlar və epizodlardan istifadə edib. Kitabda bu məlumatlarla yanaşı, dərin təhlil və müəllif şərhləri də yer alıb.

Axundova hesab edir ki, yeni əsəri həyatının ən böyük layihəsidir. Dörd illik gərgin əmək, dostluq və gənclik dosları ilə lentlərə yazılmış söhbət, tanınmış dövlət və siyasi xadimlərlə müsahibə, Federal Təhlükəsizlik Bürosunun və Heydər Əliyevin şəxsi arxivlərində iş əsərin sənədli əsasını təşkil edir. Bu əsərlə ilk dəfə olaraq, Azərbaycanın keçmiş prezidentinin bioqrafiyasını müfəssəl və obyektiv şəkildə əksə etdirməyə cəhd olunur.

Kitabda baş qəhrəmanın obrazı ilə yanaşı, SSRİ və sovet Azərbaycanının tanınmış xadimlərinin portretləri də canlandırılıb. Axundova qeyd edib ki, əsərdə respublikadan kənara çıxmağa, bölgə və bütün ölkədəki vəziyyəti, Heydər Əliyevin Sovet İttifaqının ali liderləri ilə qarşılıqlı münasibətlərini göstərməyə çalışıb.

Kitaba müqəddiməni tanınmış Qazaxıstan şairi və ictimai xadimi Oljas Süleymenov yazıb. Süleymenov rəyində bildirib ki, "belə kitablar vacibdir: belə kitablar rəhbərlərin tərbiyələnməsinə kömək edir, bir ölkədə iki hökumətin başçısı olmağa nail olmuş Heydər Əliyevin unikal təcrübəsi onlan üçün xüsusilə dəyərli olacaq.

Dekabrın 11-də Axundovanın yeni kitabının təqdimat mərasimi olacaq.

Xəbər lenti

Xəbər lenti