...

Bir neçə rayonun prokuroru vəzifəsindən uzaqlaşdırılıb

Siyasət Materials 10 Dekabr 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Respublika Prokurorluğu orqanlarında kadr dəyişiklikləri həyata keçirilib. Baş Prokurorluqdan bazar ertəsi Trend ə bildiriblər ki, Biləsuvar rayon prokuroru Fəxrəddin Məmmədov Tovuz rayonunun prokuroru təyin olunub. Eyni zamanda Qubadlı rayonuna yeni prokuror təyin olunub. Respublika Prokurorluğunun Kadrlar İdarəsinin prokuroru vəzifəsində çalışan Qabil Əliyev Qubadlı rayon prokuroru təyin edilib.

Baş prokurorun qərarı ilə prokurorlar 5 illiyə təyin olunurlar.

Xəbər lenti

Xəbər lenti