...

Bakıdakı qətlləri araşdırmaq üçün əməliyyat qrupu Rusiyaya ezam olunub - baş prokuror (video)

Siyasət Materials 10 Dekabr 2007 13:14 (UTC +04:00)
Bakıdakı qətlləri araşdırmaq üçün əməliyyat qrupu Rusiyaya ezam olunub - baş prokuror (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Bakıda son bir ayda törədilən iki qətlin araşdırılması üçün əməliyyat-istintaq qrupları Rusiyaya ezam olunub. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib.

Noyabrın birinci yarısında Binəqədi rayonunda tanınmamış Çeçenistan respublikasının Azərbaycan nümayəndəliyinin rəsmisi İmran Qazıyev naməlum şəxslər tərəfindən odlu silahla qətlə yetirilib. Bu cinayət işi ilə bağlı saxlanılan şəxs yoxdur.

Noyabrın 25-də isə axşam saatlarında Həsən Əliyev küçəsində, "Tonqal" restoranının qarşısında 45 yaşlı Rusiya vətəndaşı olan, Ağdam rayonunda doğulmuş Rüstəmov Raqub Bəhmən oğlu odlu silahla qətlə yetirilib. "Çeçen Ruslan" ləqəbli kriminal avtoritetin qətli ilə bağlı, hadisə baş verən vaxt Raquf Rüstəmovun yanında olan şəxslər Akif Sarıyev və Əlinur Sarıyev Cinayət Məcəlləsinin təhlükədə qoyma (143) və ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə (307.1) maddələri ilə ittiham olunaraq həbs ediliblər.

Baş prokuror yaxın vaxtlarda bu qətllərin açılmasının təmin olunacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti