...

Qaxda dövlət qoruğunda qanunsuz qızıl axtarışı ilə bağlı istintaq işlərinə başlanılıb

Siyasət Materials 11 Dekabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Qax rayonunun İlisu qəsəbəsindəki dövlət qoruq sahəsində qanunsuz qızıl axtarışları həyata keçirilib. Qax rayon Polis İdarəsinin rəisi Bəylər Abbasov çərşənbə axşamı Trend ə bildirib ki, dövlət qoruğundakı XII əsrə aid "Ulu" körpünün baş hissəsində geniş bir ərazi qazılıb. Onun sözlərinə görə, bu barədə polisə məlumat daxil olan kimi istintaq qrupu yaradılıb. Abbasov deyib ki, ilkin ehtimala görə qazma işləri qızıl axtarışı ilə bağlı aparılıb. Faktla bağlı 2 nəfər dindirilir.

Xəbər lenti

Xəbər lenti