Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi dekabrın 11-12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş tədbirlər keçirir.
Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend ə verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunacaq matəm tədbirləri Tbilisidə və Kvemo Kartlinin Qardabani, Marneuli, Dmanisi və Bolnisi rayonlarında keçiriləcək. Tədbirlərdə Azərbaycan və Gürcüstan cəmiyyətlərinin nümayəndələri şəhər və rayon rəhbərlikləri ilə birgə Azərbaycan xalqının liderinin xatirəsini anacaqlar.
Gürcüstanın adları qeyd olunan rayonlarında tədbir iştirakçılarına Azərbaycan xalqının görkəmli xadiminin xatirəsinə ehsan veriləcək.