...

GUAM ölkələri konsulluq məsələləri üzrə əməkdaşlığı genişləndirir

Siyasət Materials 11 Dekabr 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / "Demokratiya və iqtisadi inkişaf uğurunda təşkilat-GUAM" ölkələrinin konsul idarələrinin rəhbərləri çərşənbə axşamı Bakıda "Konsulluq məsələlərində qarşılıqlı yardımın göstərilməsinə dair konvensiya" mexanizmlərini müzakirə edirlər.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan olan nümayəndələr GUAM ölkələrinin konsul xidmətlərinin ümumi elektron-informasiya bazasının yaradılması, digər Avropa ölkələri ilə qarşılıqlı konsul köməyinin göstərilməsi təcrübəsinin öyrənilməsi və tətbiqi, mütəxəssislərin təcrübə mübadiləsi məsələlərini nəzərdən keçirirlər.

Azərbaycanı görüşdə ölkə XİN-in konsul xidmətləri idarəsinin rəisi Nadir Hüseynov təmsil edir. Məsləhətləşmələrin yekunu olaraq protokol imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti