...

Azərbaycan AŞPA-nın prezidentliyinə Rusiya nümayəndəsinin namizədliyini dəstəkləyəcək

Siyasət Materials 12 Dekabr 2007 14:24 (UTC +04:00)
Azərbaycan AŞPA-nın prezidentliyinə Rusiya nümayəndəsinin namizədliyini dəstəkləyəcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun prezident seçkilərində Rusiya nümayəndəsinin namizədliyini dəstəkləyəcək. "Nümayəndə heyətində təmsil olunan hakim partiyanı təmsil edən deputatlar və bitərəflər AŞPA prezidentliyinə keçirilən seçkilərdə Rusiyanın qurumdakı nümayəndə heyətinin rəhbəri və Avropa Şurasının demokratlar qrupunun sədri Mixail Markirovun namizədliyini dəstəkləyəcəklər", bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva xəbər verib.

AŞPA-nın hazırkı prezidenti Reno van der Lindenin 4-illik səlahiyyət müddəti yanvar ayında başa çatır. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında növbəti prezident seçkisi keçiriləcək. Qurumun daxili prosedur qaydalarına görə, növbəti prezident Avropa Şurasının demokratlar qrupunun rəhbəri olmalıdır. Bu isə AŞPA-nın rusiyalı deputatı Markirovdur. Artıq qrup onun namizədliyini irəli sürüb.

Hacıyeva vurğulayıb ki, Rusiya ilə Avropa Şurası arasında problemlər olduğuna görə, Markirovun da prezident seçkilərində problemlə üzləşməsi mümkündür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin 6 nəfərdən ibarət əsas, 6 nəfər isə əvəzedici üzvü var.

Xəbər lenti

Xəbər lenti