...

"Heydər Əliyev-Tale yolları" kitabının təqdimat mərasimi keçirilib

Siyasət Materials 12 Dekabr 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ "Heydər Əliyevin həyat və fəaliyyətinə həmişə böyük maraq olub". Bu barədə çərşənbə günü Rusiyanın tanınmış yazarı, tanınmış sovet dövlət xadimi Nikolay Zenkoviçin rus dilində yazdığı "Heydər Əliyev-Tale yolları" kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimində hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.

Kitab Heydər Əliyev və Sov.İKP, Heydər Əliyev və SSRİ, Heydər Əliyev və DTK, Heydər Əliyev və Azərbaycan, Heydər Əliyev və əbədiyyət adlı beş fəsildən ibarətdir. Kitabda Heydər Əliyevin həyat və fəaliyyəti geniş şəkildə təhlil olunub və indiyə qədər açıqlanmayan bir sıra sənədlərdən istifadə edilib.

Zenkovç kitabın giriş hissəsində mərhum Heydər Əliyevlə necə tanış olması və onunla görüşləri haqqında məlumat verib.

Heydər Əliyev 1923-cü ilin may ayının 10-da Naxçıvanda anadan olub. 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik edib. 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olub. 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti