...

Azərbaycan deputatlarının İrana səfəri təxirə salınıb

Siyasət Materials 13 Dekabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S. Ağayeva / Azərbaycanlı deputatlardan ibarət qrupun İrana səfəri gələn ilin fevral ayına keçirilib.

Azərbaycan Parlamenti Dostluq Qrupunun üzvləri dekabrın 15-17-də İrana səfər etməyi planlaşdırırdı. Azərbaycan parlamentinin üzvlərinin səfəri gələn ilə qədər təxirə salınıb. Bu barədə cümə axşamı Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov telefonla Tehrandan verdiyi məlumatında bildirib.

Səfərin təxirə salınmasının səbəbləri açıqlanmır.

Xəbər lenti

Xəbər lenti