...

Gürcüstanın hakim dairləri Samtatskaro kəndindən Azərbaycana olan körpünü açıb

Siyasət Materials 21 Dekabr 2007 16:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan ilə Azərbaycanı birləşdirən Samtatskaro körpüsü açılıb. İnsan Haqları üzrə Mərkəzdən kənddə yaşayan ingiloylara istinadən Trend ə verilən məlumata görə, çərşənbə günü keçirilən etiraz aksiyası nəticəsində regionun qubernatoru Kaxeti Qiya Natsvlişvili iki ölkəni birləşdirən körpünün açılmasına dair sərəncam verib.

Körpü Gürcüstan hakimiyyəti tərəfindən 2005-ci il dekabrın 31-də bağlanıb. İki il ərzində Samtatskaro kəndinin sakinləri körpünün bağlanmasına dair rəsmi səbəblərin onlara açıqlanmasını tələb ediblər. Bununla əlaqədar bir çox etiraz aksiyaları keçirilib.

2007-ci ilin aprelində İnsan Haqları üzrə Mərkəzin hüquqşunaslarının köməkliyi ilə ingiloylar Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasına körpünün açılması tələbi ilə müraciət ediblər. O vaxtdan 9 ay keçməsinə baxmayaraq Məhkəmə hələ də qərar çıxarmayıb.

"Dekabrıın 19-da ingiloylar yenidən etiraz aksiyası keçiriblər. Lakin polis əməkdaşları aksiyanı dağıtmağa cəhd göstərib. Bu fakt Mərkəzin regional əlaqələndiriciləri tərəfindən qeyd alınıb" - deyə İnsan Haqları üzrə Mərkəzdən bildiriblər.

Bu gündən, körpünün açılmasından sonra Samtatskaro sakinlərinin Azərbaycan ərazisində yerləşən Sainqilo kəndində yaşayan yaxınları və qohumlarına baş çəkmək imkanı yaranacaq.

İngiloylar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə prezident seçkilərini baykot etməyə hazırlaşırdılar.

Xəbər lenti

Xəbər lenti