...

Azərbaycan prezidenti Isveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 26 Dekabr 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 26-da Prezident sarayında İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain Quidettinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Azərbaycan prezidenti Əliyevə təqdim edib.

Sonra prezident Əliyev səfirlə söhbət edib, onu yeni təyinatı münasibətilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı ölkəmizin İsveçrə ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirib və deyib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və genişlənir. Bakıda səfirliyin açılması da bu işdə əhəmiyyətli rol oynayacaq.

Quidetti bildirib ki, Azərbaycanda İsveçrə səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin daha da inkişafı üçün çox yaxşı zəmin yaradacaq, əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti