...

Azərbaycan prezidenti İlham Əliyev bakida ilk yerüstü piyada keçidinin açilişinda iştirak etmişdir

Siyasət Materials 28 Dekabr 2007 00:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Dekabrın 27-də Bakıda, Heydər Əliyev prospektində ilk yerüstü piyada keçidinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısının "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının təsdiq edilməsi haqqında" Sərəncamına əsasən paytaxtda görülən işləri xatırladaraq dedi ki, dünyanın nəqliyyat problemi ilə üzləşən əksər böyük şəhərlərində belə keçidlər mövcuddur. Bakıdakı ilk yerüstü piyada keçidinin hündürlüyü 5,5, uzunluğu 74, eni isə 3,5 metrdir. Dövlətimizin başçısının tapşırığı ilə piyadaların rahatlığı üçün Amerika Birləşmiş Ştatlarının istehsalı olan eskalator alınıb quraşdırılmışdır. Havanın təmizlənməsi və gecələr keçidin işıqlandırılması üçün də müasir avadanlıq var. Ətrafda ərazi abadlaşdırılmışdır. Keçid piyadaların təhlükəsizliyi və rahatlığı baxımından çox münasibdir, yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, keçidlə yaxından tanış oldu, eskalatorların quraşdırılmasının insanların ondan daha çox istifadə etmələrinə həlledici təsir göstərəcəyini vurğulayaraq dedi ki, eskalator olmasa buradan heç kim keçməz.

Xəbər lenti

Xəbər lenti