...

"Trend" Agentliyi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb (video)

Siyasət Materials 28 Dekabr 2007 13:39 (UTC +04:00)
"Trend" Agentliyi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Trend İnformasiya Agentliyini mükafatlandırıb.

Səfir Rusiya barəsində reallıqların operativ və düzgün işıqlandırılmasına görə təşəkkürünü bildirib. Trend Agentliyindən savayı Rusiya səfirliyi münasibətlərin inkişafında göstərdikləri əməyə görə Azərbaycanın digər informasiya agentliklərini və KİV-ni mükafatlandırıb. Onların arasında "İnterfaks Azərbaycan", "1 News", "Novosti Azerbaycan" agentlikləri, "Azerbaycanskie izvestiya", "Kaspi", "Exo" və digər qəzetlər vardır.

Bu gün səfirlik Rusiya-Azərbaycan münasibətlərinə həsr olunmuş konkursa yekun vurub. Konkurs beş nominasiya üzrə keçirilib: siyasət, biznes, humanitaar sahə, diaspora və şəxsiyyət. Konkursa 24 Azərbaycan KİV-dən 60 jurnalist işi təqdim olunub.

Xəbər lenti

Xəbər lenti