Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda keçirilən prezident seçkiləri diqqətlə izləyib və seçkilərin demokratik keçdiyini bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bazar ertəsi Trend ə bildirib ki, prezident seçkilərində hansı namizədin qələbə çalmasından asılı olmayaraq, rəsmi Bakı Gürcüstanla ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirəcək.
Gürcüstanda yanvarın 5-də növbərənkənar prezident seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının bu vaxta qədər hesabladığı bülletenlere görə, prezidentliyə namizəd Mixail Saakaşvili 51,75 faiz səs toplayıb. İkinci yerde müxalifətin namizədi olan Levan Qaçeçiladzedir. O hazırda 24,99 faiz səs toplayıb. Prezident seçkilərində qələbə çalmaq üçün namizədə 50 faiz üstəlik bir səs bəs edir.
İbrahim deyib ki, Azərbaycan Gürcüstanda ictimai vəziyyətin normal olmasında maraqlıdır.