...

Müxalifətin yeni koalisiyası yaradılır

Siyasət Materials 15 Yanvar 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S.İlhamqızı/ Beş partiyanın əməkdaşlıq etdiyi məşvərət qurumu müxalifətin koalisiyasına çevrilə bilər. Bu barədə Trend ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlama verib.

Azərbaycan Naminə İctimai Forum, ADP, AMİP, Tərəqqi, Müsavat partiyaları ötən ilin ortalarından məşvərət aparmaq məqsədilə ayda bir dəfə toplanırlar.

ADP sədri bildirib ki, məşvərət qurumu birmənalı şəkildə prezident seçkisində iştirak edəcək. Cəlaloğlu hesab edir ki, müxalifət partiyalarının seçkidə vahid namizədlə iştirakı real deyil, ona görə də məşvərət qurumunda prezidentliyə bir neçə nəfər namizəd təmsil olunacaq. Cəlaloğlu əlavə edib ki, məşvərət qurumunun prezident seçkisi ərəfəsində ümumilikdə müxalifətin koalisiyasına çevrilməsini təklif edir.

Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu da çərşənbə axşamı Trend ə bildirib ki, məşvərət qurumu təkcə koalisiya deyil, müxalifətin əsas güc mərkəzinə çevriləcək.Dəmiroğlu əlavə edib ki, şəxsən özü hazırda müxalifətin yeni koalisiyasının yaradılmasına çalışır. Onun sözlərinə görə, mart ayına qədər bütün bu məsələlər həllini tapacaq: "Müxalifətin namizədləri seçkinin demokratik keçirilməsi uğrunda bu koalisiyada əməkdaşlıq edəcəklər. Bu, müxalifətin ən böyük birliyi olacaq və 2008-ci il prezident seçkisi ən gərgin seçki olacaq"-deyə Dəmiroğlu bildirib.

O, əlavə edib ki, müxalifətdə təmsil olunub, əslində, iqtidarla əməkdaşlıq edən partiyaların bu koalisiya əleyhinə iş görməsinə imkan verilməyəcək. Lakin o, hansı partiyaları nəzərdə tutduğunu açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti