...

Lord Rassel Conston Azərbaycana və Ermənistana səfər edəcək

Siyasət Materials 24 Yanvar 2008 15:32 (UTC +04:00)
Lord Rassel Conston Azərbaycana və Ermənistana səfər edəcək

Fransa, Strasburq, 24 yanvar / Trend , müxbir A.Məhərrəmli / Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri Lord Rassel Constonun Ermənistan və Azərbaycana səfəri fevralın birinci yarısına planlaşdırılır.

"Mən fevralın 8-də Bakıya, sonra isə prezident seçkilərini müşahidə etmək üçün Ermənistana getməyi planlaşdırıram" - deyə cümə axşamı Trend ə Lord Conston məlumat verib.

AŞPA-nın Dağlıq Qarabağ problemi üzrə Alt Komitəsi 2005-ci ilin yazında, Ermənistan-Azərbaycan problemi üzrə təşkilat Qətnaməsinin (1416 nömrəli) yerinə yetirilməsinə nəzarət üzrə orqan kimi təsis edilib. Lord artıq hər iki ölkə prezidenti və parlamet sədrləri ilə görüş qrafikinin razılaşdırıldığını bildirib. Həmçinin, siyasi partiya liderləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Conston vurğulayıb ki, seçkilər dövrünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsi üçün əlverişli olmasa da, hər iki ölkə liderləri ilə bu məsələni müzakirə etmək niyyətindədir.

Lord onun rəhbərlik etdiyi Alt Komitənin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün yaradıldığı barədə fikirləri təkzib edib. "Biz Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmuruq. Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupu vasitəsilə aparılan birbaşa danışıqlarla araşdırılır. Bizim vəzifəmiz biri-birlərini təhqir etmək əvəzinə, biri-birlərini daha yaxşı başa düşmələri, öz aralarında danışmaları üçün parlamentarilər arasındakı təmasların yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Mən hər iki ölkə liderlərinin bizim gördüyümüz bu işi nə dərəcədə faydalı hesab etmələrinə əmin olamq istəyirəm" - deyə Conston bildirib.

Constonun Ermənistan və Azərbaycana səfəri əvvəllər noyabr ayına planlaşdırılsa da, tərəflərin görüş qrafikinin razılaşdırılmaması səbəbindən təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti