...

Azərbaycan prezidentinin Davosda görüşləri davam edib

Siyasət Materials 25 Yanvar 2008 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüş keçirib. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, əməkdaşlığın inkişaf perspektivləri barədə danışılıb. İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğu qeyd edilib. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev dünən Davosda İranın xarici işlər naziri Mənuçöhr Mottəkini qəbul edib, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidentinin Cənubi Afrika Milli Konqresinin sədri Cakob Zumanla görüşündə isə bu iki ölkənin bir-birinə maraq göstərdiyi bildirilib. Prezident Əliyev Azərbaycanın bütün sahələrdə inkişafı, aparılan iqtisadi islahatlar, enerji təhlükəsizliyi sahəsində ölkənin rolu barədə danışıb. Görüşdə qeyd edilib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün ümumi maraqlar və imkanlar var.

İlham Əliyev dünən İsveçrə prezidenti Paskal Kuşpen, Ukrayna prezidenti Viktor Yuşenko, İsrailin xarici işlər naziri Sipi Livni, "Sisko" şirkətinni sədri Con Çambers, "BP Group" şirkətinin rəhbəri Entoni Heyvordla da ikitərəfli görüşlər keçirib.

Azərbaycan prezidentinin İsveçrə Konfederasiyasına səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti