...

İlham Əliyevin seçki kampaniyasının əsas iştirakçıları gənclər olacaq

Siyasət Materials 30 Yanvar 2008 12:12 (UTC +04:00)
İlham Əliyevin seçki kampaniyasının əsas iştirakçıları gənclər olacaq

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müx. S.İlhamqızı/ 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisində indiki prezident İlham Əliyevin seçki kampaniyasının ən fəal iştirakçıları gənclər olacaq. Trend in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı katibi Əli Əhmədov çərşənbə günü Bakıda keçirilən "Gələcəyə doğru İlhamla" adlı təntənəli mərasimdə çıxışı zamanı bildirib. Əhmədov deyib ki, Əliyev prezident seçkisində təkçə YAP-ın deyil, həm də ölkə gənclərinin alternativsiz namizədi olacaq. Onun sözlərinə görə, dövlət başçısı ölkə gəncləri üçün təhsil, idman, istirahət və digər sahələrdə bütün şəraiti yaradıb və gənclər də Əliyevi dəstəkləyirlər.

Xəbər lenti

Xəbər lenti