Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir İ.Xəlilova/ Fevralın sonunda Azərbaycan prezidenti İlham Əliyevin Varşavaya rəsmi səfəri gözlənilir. Bu barədə Trend ə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştov Krayyevski məlumat verib.
Səfər Polşa prezidenti Lex Kaçinskinin dəvəti ilə baş tutacaq və ötən ilin martında onun respublikamıza səfərinə cavab olaraq həyata keçiriləcək.
Səfirin sözlərinə görə, səfər zamanı hazırda Xarici İşlər nazirlikləri arasında razılaşdırılan bir sıra hökumətlərarası müqavilələri imzalanması nəzərdə tutulub.
Azərbaycan Nazirlər Kabinetindən bildiriblər ki, artıq Kənd Təsərrüfatı (baytarlıq sahəsində) və İqtisadi İnkişaf nazirliklərindən (ticarət münasibətləri və ticarət əməkdaşlığının inkişafı barədə) müqavilə layihələri daxil olub.