Rusiya, Moskva / Trend müxbir R.Ağayev / Moskvada Prezident-otelində Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyatının IV Qurultayının qonaqlarına və iştirakçılarına Trend informasiya agentliyinin Rusiyadakı müxbiri Roman Ağayevin "Rusiya Azərbaycanlıları" adlı müəllif filmi nümayiş etdirilib.
Filmin nümayişində Rusiya Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, Moskva şəhər və vilayət dumalarının nümayəndələri, habelə müxtəlif ictimai-siyasi təşkilatların və hərəkatların, milli-mədəni muxtariyyatlarının təmsilçiləri, Rusiyada fəaliyyət göstərən Azərbaycan qurumlarının nümayəndələri, Rusiyanın elm və mədəniyyət xadimləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.
"Azərbaycanlılar Rusiyada" adlı sənədli film "AzərRos" FMMM-nin dördüncü qurultayına həsr olunub və bu ictimai təşkilatın fəaliyyətinin bütün əsas mərhələrini əhatə edir. "AzərRos" 1999-cu ilin oktyabrın 1-də Moskvada Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Filmdə öncədən Azərbaycan, onun tarixi və müasir həyatı barədə qısa məlumat verilir. Eyni zamanda azərbaycanlıların Rusiyadakı miqrasiyası bəhs olunur. Konkret olaraq bildirilir ki, soydaşlarımız Rusiyanın köklü sakinləridir. Filmdə habelə müxtəlif xarakterli miqrasiya məsələləri barəsində bilgi verilir.
Filmdə xüsusi yer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və onun Azərbaycan xalqı üçün faciəvi fəsadlarına ayrılır. Söhbət müstəqil Azərbaycanın 20 faiz torpaqlarının işğalından, bir milyon qaçqın və məcburi köçkündən gedir.
Filmdə "AzərRos"un Qarabağ gerçəkliklərini Rusiya ictimaiyyətinə çatdırılması yönündə apardığı iş, xalq diplomatiyası metodlarından istifadə edən qurumun müvafiq siyasi aksiyaların, dəyirmi masaların və konfrasların təşkil etməsi barədə bəhs olunur. Burada həmçinin FMMM-nin Azərbaycan xalqının milli-mədəni adət və ənənələrinin qorunması, Rusiyada vətəndaş cəmiyyətinin və millətlərarası sülhün möhkəmləndirilməsi, bu ölkədə yaşayan 160 millətdən birinin-azərbaycanlıların Rusiyanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına cəlb olunması məsələsində oynadığı roldan söhbət açılır. Filmdə ksenofobiya və digər ekstremist ideyaların çoxmillətli Rusiya cəmiyyətində qəbul edilməməsi, azərbaycanlıların və Rusiyada yaşayan digər xalqların əziyyət çəkdiyi bu tendensiyaya qarşı mübarizənin vacibliyi önə çəkilir.
Eyni zamanda filmdə "AzərRos"un azərbaycanlıların Rusiyanın yeni miqrasiya qanunvericiliyinə adaptasiya işindəki rolu, bununla bağlı keçirilən müxtəlif tədbirlər barədə məlumat verilir. Konkret olaraq filmdə FMMM yanında yaradılmış "AzərRos" media-holdinq barədə bilgi təqdim edilib. Bu media-holdinqə "AzərRos" və "Mən vətəndaşam", "Miqrasiya və siyasət" jurnalı, İnternet-radio Avrasiya-FM, informasiya-analitik portalı azerros.ru daxildir.
Trend müxbirinin müəllif filmi qurultay iştirakçıları və qonaqlar tərəfindən yüksək qiymət alıb. Onlara həmçinin Trend informasiya-analitik agentlik barədə geniş məlumat verilib. Filmə "Rusiyaın işgüzar şöhrəti" sahələrarası almanaxı və Ümumrusiya Sərgi Mərkəzi yanında Rusiya Xalqları Evi maraq göstəriblər. Onlar filmi öz çoxsaylı tədbirlərində nümayiş etdirmək niyyətini ifadə ediblər.
"Rusiya Azərbaycanlıları" filminin hazırlınmasında Azərbaycan və Rusiya KİV-lərinin, teleradio-şirkətlərin, İnternet-saytların və s. materialları istifadə olunub.
Bundan əlavə qurultayda sosioloji sorğuların nəticələri və "Azərbaycan diasporası" qəzetinin komissiyasının qərarı ilə Trend in müxbiri Roman Ağayevə digər filmin ("Ermənilərin faşizmi") ssenarisi və quruluşuna görə "İlin jurnalisti" mükafatı verilib. "Erməni faşizmi" 2006-cı ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təşkil olunmuş Samir Əsgərxanovun xatirəsi müsabiqəsində birinci yeri tutmuşdur.
Roman Ağayevə diplomu Moskvanın "Azərbaycan" cəmiyyətinin sədri Oqtay Hüseynov təqdim edib.