...

Azərbaycan prezidenti ABŞ Dövlət Katibinin müşavirini qəbul edib

Siyasət Materials 6 Fevral 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ABŞ Dövlət Katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul edib. Farrell əvvəlki səfərlərindən keçən dövr ərzində Azərbaycanda böyük inkişafın və irəliləyişlərin şahidi olduğunu deyib. O, prezident Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir cəmiyyət quruculuğu istiqamətində atılan addımlardan xəbərdar olduğunu bildirib.

Prezident Əliyev Azərbaycanda bütün sahələrdə son illər böyük uğurlar qazanıldığını deyib. Görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, elm, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti