Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Ramazanova / NATO-nun qiymətləndirmə missiyası yazın sonunda Azərbaycana səfər edəcək,-- çərşənbə günü NATO-nun mətbuat katibi Simona De Manso Brüsseldən telefonla Trend ə deyib.
Qiymətləndirmə missiyası fərdi tərəfdaşlıq işlərinin həyata keçirilməsi planını qiymətləndirmək üçün hər il ölkələrə baş çəkir.
NATO ilə fərdi tərəfdaşlıq üzrə işlərin planı, 2004-cü ildə bu strukturun rəhbərliyinə təqdim edilib. Azərbaycan prezidentinin sərəncamına əsasən, planda nəzərdə tutulan tədbirlər 2005-ci ilin avqustundan həyata keçirilir.
NATO ilə Fərdi Tərəfdaşlıq Planına əsasən, hər il Azərbaycanın SQ-sinin 1000-dən atıq xidmətçisi, Alyansın 300-dən artıq tədbirində iştirak edir. NATO hər il Azərbaycanda altı-səkkiz tədbir keçirir.