...

İstehsalçı Azərbaycanda MiQ -29-un qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürmür

Siyasət Materials 7 Fevral 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend , müxbir K.Ramazanova/ Azərbaycan HHQ -ə məxsus qəzaya uğrayan MiQ-29-un istesahalçısı köhnəlmiş texnikanın satış və istismarını qəzanın səbəbi hesab edir.

Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ -29 qırıcısı təlim uçuşları keçirilərkən qəzaya uğrayıb. Nəticədə, təyyarədə olan hər iki pilot həlak olub. Azərbaycanın Hərbi prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Qırıcı indiyədək tapılmayıb.

"Məsələ təyyarənin nə vəziyyətdə olduğu, onu kimin təkmilləşdirdiyi və təmir etdiyindədir", - cümə günü Rusiya təyyarə tikintisi korporasiyası MiQ-in ictimai əlaqələr İdarəsinin rəisi Yelena Lvova Moskvadan telefonla bildirib.

Ötən ilin martında Azərbaycan HHQ-i Ukraynanın təkmilləşdirdiyi MiQ -29 təyyarələri alıb.

Lvova istehsalçıların dəfələrlə təkmilləşdirmə prosesinə MiQ şirkətinin təyyarə hazırlayanını cəlb etmək məsələsini qaldırdıqlarını qeyd edib. "Biz yalnız o zaman hər hansı bir məsuliyyət daşıyırıq",-zavodun nümayəndəsi bildirib.

Ukraynanın Müdafiə Nazirliyindən MiQ -29-un qalıqları tapılanadək qəzanın səbəblərindən danışmağın tez olduğunu bildiriblər.

Azərbaycanlı ekspertlər Azərbaycanda MiQ -29 təyyarəsinin qəzaya düşməsini texniki problemlərlə bağlayırlar. Onların rəyinə görə, pilotların aşağı səviyyəli biliklərinin qəzanın səbəbi olması ehtimalı azdır. "Bəzi ölkələrdə MiQ -29-un qəzaya uğraması, bu növ, təyyarələrdə istehsal zədələrinin olmasına dəlalət edir", - hərbi ekspertlər hesab edirlər.

Lvova MiQ təyyarələrinin "istifadə üçün tam yararlı və indiyədək məşhur olduqlarını" iddia edir.

Azərbaycanın Müdafiə Nazirliyi, təyyarənin qalıqları və qara qutu tapılmadığından, qəzanın səbəblərini açıqlamaqdan imtina edir.

Azərbaycan HHQ-nin hava sərhədlərini qorumaq üçün istifadə etdiyi MiQ -29 təyyarələri təlim uçuşları zamanı Rusiya, Malayziya, Peru, Slovakiya və Ermənistanda qəzaya uğrayıblar.

MİQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti