...

Azərbaycan prezidenti İrana səfər edəcək

Siyasət Materials 9 Fevral 2008 21:58 (UTC +04:00)
Azərbaycan prezidenti İrana səfər edəcək

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir E.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev yazda İrana rəsmi səfərə gedəcək. Bu barədə şənbə günü brifinqdə İranın ölkəmizdəki səfiri Noser Həmidi Zare məlumat verib.

Onun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşdirilməyib. Lakin məlumdur ki, səfər martın üçüncü ongünlüyündə keçirilən Novruz bayramından sonra gerçəkləşəcək. Diplomat həmçinin bildirib ki, artıq bu səfərə hazırlıq başlayıb. Azərbaycan prezidentinin İrana səfəri zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Səfir qeyd edib ki, səfər çərçivəsində tərəflər ticarət, birgə investisiyalar, energetika, elektroenergetika, təbii qazın tədarükü, gömrük vergilərinin ləğvi və nəqliyyat məsələlərini müzakirə etmək və bu sahələrlə bağlı ikitərəfli sazişləri imzalamaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti