...

Müxalifət bloku prezident seçkisində iştiraka qərar verdi

Siyasət Materials 18 Fevral 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı,18 fevral / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi "Bizim Azərbaycan" bloku Məclisinin bazar ertəsi keçirilən toplantısında qurumun 2008-ci il prezident seçkisində iştirak etməsi barədə qərar çıxarılıb. Bu barədə Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Məclisin iclasında qərara alınıb ki, blok prezident seçkisində öz namizədi ilə iştirak etsin.

Toplantıda Məclis üzvləri tərəfindən 1993-cü il prezident seçkilərində iştirak etmiş, blokun İqtisadiyyat Komissiyasının sədri, iqtisadçı-alim Zakir Tağıyevin, Məclis sədri Həsən Həsənovun və başqa üzvlərin namizədliyinin irəli sürülməsi təklif olunub.

Müzakirələrdən sonra qərara alınıb ki, "Bizim Azərbaycan" blokunun prezidentliyə namizədi may ayında keçiriləcək Məclisin toplantısında müəyyənləşdirilsin.

"Bizim Azərbaycan" blokunda 8 müxalifət partiyası fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti