...

İran Azərbaycanda inkişafla bağlı layihələrdə fəal rol oynamağa hazırdır – XİN başçısı

Siyasət Materials 20 Fevral 2008 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , K.Ramazanova / İran Azərbaycanda inkişafla bağlı layihələrdə fəal rol oynamağa hazırdır. Bu barədə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüş zamanı İranın xarici işlər naziri Manuçöhr Mottaki bildirib. İRNA-nın məlumatına görə, görüş Azərbaycanın müdafiə naziri Əbiyevin Tehrana rəsmi səfəri çərçivəsində baş tutub.

Mottaki xüsusi olaraq qeyd edib ki, İran azərbaycanlılara doğma qardaş kimi yanaşır və Azərbaycanın tərəqqisini öz tərəqqisi kimi hesab edir.

İki xalqın tarixi və mədəni birliyi mövzusuna toxunan Mottaki bildirib ki, hər iki ölkə rəhbərliyi bir-biri ilə sıx siyasi və iqtisadi əlaqələri dəstəkləməlidir.

XİN başçsı həmçinin İranın Xəzər dənizinin təhlükəsizliyi üzrə konfransda iştirak etməyə hazır olduğunu bildirib.

Əbiyev Azərbaycanın iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti