...

Serj Sarkisyanın prezidentliyi Dağlıq-Qarabağ prosesini dəyişməyəcək – MDB Ölkələr İnstitutu

Siyasət Materials 20 Fevral 2008 17:41 (UTC +04:00)

Rusiya, Moskva, 20 fevral / Trend , müxbir R.Ağayev / Ermənistanda hakimiyyətə Serj Sarkisyanın gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç nə dəyişməyəcək. "Gələcək prezidentin bioqrafiya və baxışlarını nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə inqilabi dəyişikliklər gözlənilmir. Vəziyyətin inersiyalı inkişafı, hər hansı dəyişikliklərdən və hərəkətdən daha çox mümkündür", - yüksək vəzifəli Rusiya analitiki Vladimir Jarixin hesab edir.

Keçmiş Baş nazir, Ermənistanın Respublika partiyasının sədri Serj Sarkisyan, çərşənbə axşamı baş tutan prezident seçkisində seçicilərin 52,86 faiz səsini toplayıb.

"Ermənistanda prezident seçkisinin nəticəsinin gözlənilməz olduğunu demək şişirtmə olardı. Nəticə gözlənilən olub, baxmayaraq ki, hökümət 53 faizdən artıq səs toplamaq istəyirdi, - çərşənbə günü MDB ölkələri İnstitutunun direktor müavini Jarixin Trend a müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, əsas müxalifət namizədi Levon Ter-Petrosyanın tərəfdaşları sakitləşməyə bilərlər, hərçənd ki, Ermənistanda səslərin yenidən hesablanması tələbi ilə həyəcan mümkündür. Lakin nəticə kifayət qədər inandırıcıdır, çünki Ter-Petrosyan çox səs toplamayıb - 50 faizədək, bu səbəbdən də, onun tərəfdaşlarının qələbədən danışması çətin olacaq, - Jarixin güman edir.

Ermənistanda demokratik seçki ilə əlaqədar müşahidəçilərin müxtəlif qiymətləri mümkündür. Analitikin fikrincə, bunlar Ermənistanda vəziyyətin qeyri-sabit olmasında rol oynamayacaq. "Ermənistana qarşı "rəngli inqilabların" fəal siyasətinin keçirilməməsinin kifayət qədər sabitləşdirici faktoru, ABŞ-da çox nüfuzlu və güclü Erməni diasporunun omlasıdır", - Jarixin əlavə edib.

Robert Köçəryanın Baş nazir olub-olmayacağını politoloq təsdiq etməyib, lakin o hesab edir ki, eks-prezident, hər halda, Ermənistanın siyasi rəhbərliyində qalacaq, baxmayaraq ki, hazırda onun konkret hansı yerdə olacağını demək çətindir.

Politoloq hesab edir ki, Ermənistanın Rusiya ilə əlaqələrində hər hansı əsaslı dəyişikliklər gözləməyə dəyməz və keçmiş prezidentin zamanında həyata keçirilən kurs davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti