...

ABŞ Dövlət Departamenti Ermənistan hakimiyyətini keçirilən prezident seçkiləri ilə bağlı "əsas problemlər"i aradan qaldırmağa çağırıb

Siyasət Materials 25 Fevral 2008 14:48 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Ermənistan hakimiyyətini keçirilən prezident seçkiləri ilə bağlı "əsas problemlər"i aradan qaldırmağa çağırıb

Azərbaycan, Bakı, 25 fevral / Trend , E.Hüseynov/ ABŞ Dövlət Departamenti Ermənistan hakimiyyətini fevralın 19-da keçirilən prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin qeydə aldığı "əsas problemlər"i həll etməyə çağırıb.

"ABŞ Ermənistan hakimiyyətini səslərin yenidən sayılmasında şəffaflığı təmin etməyə, bütün təxmin edilən yanlışlıqların öyrənilməsinə və bundan sonrakı seçkilərin təkmilləşdirilməsi üçün tədbirlər görməyə çağırıb" - deyə bazar ertəsi Dövlət Departamentinin rəsmi saytında yayılan ABŞ DP-nın rəsmi nümayəndəsi Tom Keysinin bəyanatında bildirilir.

Keysi qeyd edib ki, beynəlxalq müşhidəçilərin ilkin qiymətləndirməsinə əsasən, seçkilər əsas etibarı ilə ATƏT və Avropa Şurasının demokratik seçki kriteriyalarına müvafiq olub. "Eyni zamanda, qeyd etmək lazımdır ki, beynəlxalq müşahidəçilər seçki prosesi ilə əlaqədar əhəmiyyətli dərəcədə problemlər qeydə alıblar. Buna baxmayaraq, seçki orqanları səslərin yenidən sayılması tələbinə müsbət reaksiya veriblər" - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib.

Dövlət Departamentinin nümayəndəsi "Fəal və rəqabətli prezident seçkiləri" münasibətilə Ermənistan xlqını təbrik edib. O, qanunun aliliyinin təmin edilməsi, sülh və məsuliyyətlə fəaliyyət göstərmək çağırışı ilə Ermənistanın siyasi qüvvələrinə müraciət edib.

Fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə doqquz nəfər namizədliyni irəli sürüb. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, birinci turda seçicilərin 52,86 faiz səsini toplayan Ermənistanın baş naziri Serj Sarkisyan qalib gəlib.

Xəbər lenti

Xəbər lenti