...

Bu gün Bakıda NATO Parlament Assambleyasının seminarı başlayır

Siyasət Materials 6 Mart 2008 01:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir İ.Əlizadə/ Bu gün Bakıda NATO Parlament Assambleyasının (NATO PA) 68-ci "Ross-Root" seminarı başlayır.

Seminarda Xəzər bölgəsində və Mərkəzi Asiyada təhlukəsizlik məsələləri, hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qərblə Mərkəzi Asiya ölkələri arasında münasibətlər, demokratiyanın inkişafı və insan hüquqları məsələləri müzakirə olunacaq. Seminarda bir sıra beynəlxalq təşkilatların və NATO ilə əməkdaşlıq edən 25-dən artıq ölkənin nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Ermənistanı seminara dəvət etsə də, ermənilər Bakıya gəlməyəcəklər. Buna səbəb prezident seçilərindən sonra Ermənistanda qarşıdurma və xaosun yaranması, ölkədə fövqəladə vəziyyətin elan olunmasıdır.

NATO PA-nın prezidenti Joze Lelo seminarda iştirak etmək üçün martın 4-də Azərbaycana gəlib.

Lelo çərşənbə günü Milli Məclisin sədri Oqt ay Əsədov, birinci vitse-spiker və Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası, eləcə də, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri və parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycanla NATO PA arasında əməkdaşlığın genişləndirilməsi və seminara hazırlıq məsələləri müzakirə olunub.

Seminar martın 8-də başa çatacaq.

Azərbaycan 1994 -cü ildən "Sülh Naminə Tərəfdaşlıq Proqram"ı çərçivəsində, NATO ilə əməkdaşlıq edir. 2005-cü ilin avqustunda "Fərdi Tərəfdaşlığıq Fəaliyyət Planı" imzalanıb və hazırda həyata keçirilir.

Azərbaycan 2002-ci ildən NATO PA-nın assosiativ üzvüdür.

Xəbər lenti

Xəbər lenti