...

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 11 Mart 2008 22:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2008-ci il may ayının 10-da ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Prezidentin İcra Aparatı və Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti