...

Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupunun sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Mart 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı 12 mart / Trend , müxbir C.Babayeva/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə günü Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müxtəlif qurumları arasında sıx əlaqələrin bu münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi bildirilib, Azərbaycanla Mərmərə Qrupu arasında əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə dair əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti