...

Prezident Ilham Əliyev avtomobil yollarının salınmasına xüsusi diqqət yetirəcəyinə söz verdi

Siyasət Materials 13 Mart 2008 01:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend / Azərbaycanın prezidenti Ilham Əliyev avtomobil yollarının salınmasına xüsusi diqqət yetirəcəyinə söz verdi. "Digər faktlarla yanaşı, bu fakt da regionların inkişafına böyük təkan verən amillərdən biridir. Buna görə də, dövlət bu sahəyə diqqət yetirib və gələcəkdə diqqət yetirəcək", - deyə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə ölkəmizdə avtomobil yolları şəbəkəsinin inkişafına həsr olunmuş 12 mart keçirilən müşavirə zamanı bildirmişdir.

Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın iqtisadi inkişafı, onun maliyyə imkanları digər sahələrin, o cümlədən nəqliyyatın, inkişafı üçün geniş imkanlar yaratmışdır.

Müşavirədə geniş mərüzə ilə çıxış edən Nəqliyyat naziri Ziya Məmmədov yol təsərrüfatı üçün görülən işlər barədə, ölkədə avtomobil yollarının şəbəkəsi və yeni layihələr barədə danışmışdır.

Xəbər lenti

Xəbər lenti