...

Azərbaycan prezidenti Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Sergey Novikovu qəbul edib

Siyasət Materials 17 Mart 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı 17 mart / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 17-də Prezident sarayında Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Sergey Novikovu qəbul edib.

Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, ölkəmizin ayrı-ayrı regionlarında dünya standartlarına uyğun müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Eyni zamanda, Azərbaycanın nümayəndəsi Natiq Əliyevin Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilməsi ölkəmizin beynəlxalq idman aləmində fəal iştirakının göstəricisi kimi vurğulanıb. Azərbaycanda digər idman növləri kimi, universal döyüş növünün də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti