...

NATO öz sıralarına Gürcüstanı qəbul edərək, Rusiyanın hərəkətlərini təhlil edəcək - NATO nümayəndəsi

Siyasət Materials 18 Mart 2008 15:25 (UTC +04:00)

Belçika, Brüssel,18 mart / Trend , K.Konırova/ Gürcüstanın NATO-ya qəbul edilməsi ilə bağlı qərar təsdiq ediləndən sonra alyans Rusiyanın mümkün ola bilən hərəkət və reaksiyalarını təhlil etmək niyyətindədir. "Gürcüstanın qəbulu barədə qərar veriləndən sonra, NATO Rusiya ilə balans axtaracaq"-deyə Brüsseldən NATO-nun adının gizli qalmasını istəyən nümayəndəsi bildirib.

Aprel ayının 2-4-də Buxarestdə keçiriləcək NATO sammiti gündəliyinin bir bəndi Gürcüstan və Ukraynaya üzvlük üzrə Fəaliyyət Planının (MAR) təqdim edilməsidir. NATO-ya postsovet ölkəsi Gürcüstanın qəbul edilməsi məsələsi Moskvanı son dərəcə narahat edir və o,Tbilisi ilə münasibətə qarşı adekvat təhdidlərlə çıxış edir.

Aprel ayında Buxarestdə baş tutacaq sammitdə Gürcüstanın üzvlük üzrə Fəaliyyət Planına dair ilkin addımlar müzakirə olunacaq. Bu barədə çərşənbə günü Mərkəzi Asiya ölkələrinin KİV nümayəndələri üçün keçirilmiş brifinqdə NATO nümayəndəsi məlumat verib. "Bizim müəyyən üsullarımız var. Biz Gürcüstanın NATO-ya üzvlük qərarının Rusiya ilə qarşılıqlı əlaqələrə necə təsir edəcəyini təhlil etmək niyyətindəyik və hər hansı bir balans əldə etməliyik" - deyə o bildirib.

Alyansın nümayəndəsi qeyd edib ki, NATO-nun əsas prinsipi dəyişməz olaraq qalır - "NATO-ya üzvlük qərarını yalnız NATO üzvləri qəbul edir, bir başqası yox". "Əlbəttə, Rusiya ilə münasibətlər mühümdür və Gürcüstanla bağlı məsələ nəzərdən keçiriləndə, bu nəzərə alınmalıdır" - deyə NATO eksperti bildirib.

Xəbər lenti

Xəbər lenti