Azərbaycan, Bakı, 20 mart/ Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.
Espinos dövlətimizin başçısı Milli Olimpiya Komitəsinin prezidenti olarkən onunla görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, ilk dəfə ölkəmizdə 2003-cü ildə olub və bu müddət ərzində bütün sahələrdə, o cümlədən idman sahəsində də böyük nailiyyətlər əldə edilib.
Prezident Əliyev Ümumdünya Karate Federasiyası ilə ölkəmizin müvafiq idman strukturu arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Espinos ölkəmizdə idmanın inkişafındakı yüksək xidmətlərinə görə Ümumdünya Karate Federasiyasının fəxri 9 - cu Dan dərəcəli diplomunu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.