...

Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək - ABŞ dövlət katibinin köməkçisi

Siyasət Materials 22 Mart 2008 23:32 (UTC +04:00)

ABŞ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır. Bunu "ANS"ə müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Deniel Frid deyib.

Frid qeyd edib ki, Vaşinqton həmişə Azərbaycanı strateji tərəfdaş kimi qəbul edib. "Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Lakin eyni zamanda Azərbaycanla birgə tərəfdaşlıq edərək Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllini gözləyirik", - deyə o vurğulayıb.

ABŞ dövlət katibinin köməkçisi həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti