...

Azərbaycan və İordaniya hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq edə bilər

Siyasət Materials 31 Mart 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Ağayeva/ Əmman şəhərində hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə nazirinin müavini Çingiz Məmmədovun İordaniyaya hazırkı səfəri zamanı aparılacaq. Bu barədə bazar ertəsi telefonla Əmmandan Azərbaycanın İordaniyadakı səfiri Elman Arazlı məlumat verib.

Azərbaycanın nümayəndə heyəti SOFEX 2008 sərgi-konfransında iştirak edir.

Terrorizmə qarşı mübarizə və ölkələrdaxili təhlükəsizlik uğrunda mübarizə aparan, dünya üzrə aparıcı və inkişaf edən xüsusi təyinatlı dəstələr və xüsusi təyinatlı qüvvələrin VII sərgi-konfransı (SOFEX 2008) martın 31-dən aprelin 3-nə qədər Əmman şəhərində keçiriləcək.

Azərbaycanın nümayəndə heyəti Əmmana İordaniyanın Baş naziri Nadir Daxabaninin dəvəti ilə səfər edib. Səfir bildirib ki, səfər zamanı İordaniyanın Müdafiə Nazirliyində, həmçinin ölkə rəhbəri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Müəlliflə əlaqə ünvanı : trend

Xəbər lenti

Xəbər lenti