...

Azərbaycanda axtarışda olan şəxs Rusiya ərazisində tutulub

Siyasət Materials 2 Aprel 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend ", müxbir A,Qafarov/ Azərbaycanda qəsdən adam öldürmə (120-ci) maddəsi ilə axtarışda olan şəxs aprelin 1-də Rusiya ərazisində tutulub. Bu barədə çərşənbə günü Trend "a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan Orxan Dadaşov Rusiyanın Dağıstan Respublikasında tutulub.

Dadaşovun Azərbaycana ekstradisiya olunması üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti